29 Ekim 2016 Cumartesi

Talış qadın taekvondoçu Qönçə Hüseyinli gümüş medal qazandı

51 kq çəki dərəcəsi üzrə qızlar arasında Hüseynli Qönçə, gənc oğlanlar arasında 55 kq çəki dərəcəsində Fərid Sultan, 59 kq çəki dərəcəsi üzrə Fərzullayev Kənan Beynəlxalq Turnirdə qüvvələrini sınayıblar.


21-23 oktyabr tarixlərində Rusiya Federasiyasının Tolyatti şəhərində yeniyetmələr və gənclər arasında döyüş növləri üzrə Beynəlxalq Turnir keçirilib.

Turnirdə ümumilikdə 60-dan yuxarı komanda 700-dək idmançı qatılıb. Lənkəran Təhsil İdman Mərkəzinin 3 idmançısı da sözügedən turnirə qatılıb. Hüseynli Qönçə 51 kq çəki dərəcəsi üzrə qızlar arasında, gənc oğlanlar arasında 55 kq çəki dərəcəsində Fərid Sultan, 59 kq çəki dərəcəsi üzrə Fərzullayev Kənan Beynəlxalq Turnirdə qüvvələrini sınayıblar.

Qönçə Hüseynli (2-ci yer) tətifetmə mərasimində


Lənkəranlı idmançılar arasında təkcə Hüseynli Qönçə 51 kq çəki dərəcəsi üzrə qızlar arasında keçirilən yarışda 2-ci yerə sahib olub. Məlumat üçün bildirək ki, hal-hazırda Lənkəran taekvondoçuları dekabrda keçiriləcək respublika çempionatına hazırlaşırlar.



Hiç yorum yok:

Yorum Gönder