21 Ekim 2016 Cuma

Talış dilində lüğət çapına qarşı çıxan kimdir? - Azərbaycan xalqının düşmənini tanıyın

Araz Qurbanov korrupsiya və qanunsuzluqlara görə qapanmış MTN-nin keçmiş mətbuat rəhbəridir.





Ötən ay Bakıda Talış dilində lüğət kitablarının nəşrini "separatçılıq" kimi qələmə verərək yenidən diqqət mərkəzinə düşmüşdür. Bu hal onun qanunla məsuliyyətə cəlb edilməsini gərəkdirsə də, əksinə olaraq bu addımdan sonra Milli Talış Fəalları İradə Məlikova və Vüqar Mustafayev polis idarəsinə çağrılmış və kitabın nəşrinə görə hədə-qorxuya məruz qalmışdır.

Araz Qurbanov isə 4 gün əvvəl "525" qəzetinə müsahibəsində Azərbaycan qanunlarına növbəti dəfə tüpürərək lüğətin nəşrini yenidən "separatçılıq" adlandırıb.

Maraqlıdır ki, Araz Qurbanov bu müsahibədən sonra belə Azərbaycan xalqına və qanunlarına etdiyi təhqirə rəğmən həbs olunmur. Bunun onun keçmiş işi, bəlkə də Eldar Mahmudovla əlqaləri ilə bağlı olduğunu düşünmək olar. İstənilən halda bu hal qanunun pozulması, ölkə insanlarına təhqirlə bərabər, həm də ölkədə etnik və milli zəmində problemlər ortaya çıxarır. Bəs bu hal daha çox kimlərə xidmət edir? Azərbaycanda bu problemin yaranmasına daha çox kimlər xeyir götürür? Təbii ki, bu vəziyyətin yaranmasında Ermənistan və Türkiyə qədər maraqlı başqa tərəflər yoxdur və Araz Qurbanovun da bu ölkələrin birinin xüsusi xidmət orqanları ilə əlbir olduğunu başa düşmək çətin deyil.

Biz Azərbaycan xalqının Ermənistanın milli maraqlarına xidmət edən Araz Qurbanovun bu provakasiyasına uymamağa və Milli Talış Fəallarına, Talış mədəniyyətinə dəstək olmağına çağırırıq.


loading...


Hiç yorum yok:

Yorum Gönder