22 Ekim 2016 Cumartesi

Babəkin Lerikdə yerləşən Bəzz qalasından - FOTOLAR

Bu qala Lerik rayonunun Buzeyir kəndi Blaband kəndinin qonşuluğunda yerləşir.


Yerli ləhçə ilə Bızzəy adlandırılan Buzeyir kəndi ərazisində “Div dağı”, “Babək qalası” adları ilə tanınan bir qala var. Buzeyir kəndindən 3-3,5 kilometr şimalda, Lüləkəran kəndinin üstündə “Qələhal” (Qala olan dağ) dağının hər tərəfi sıldırımlı olan əlçatmaz hündür bir zirvəsində tikilmişdir. Qaladan Lerik və Lənkəran rayonları, Muğan düzü, Xəzər dənizi, Oğlan qala zirvəsi və bir çox digər ərazilər görünür.

Dağılmış, yalnız qalıqları qalan Qalanın tarixi Talış sərkərdəsi Babəkə məxsus Bəzz qalası olduğu ehtimal edilir.

Həmin qaldan olan görüntüləri sizə təqdim edirik:

Qeyd: Şəkillər AMEA-nın doktorantı Elnur Nəciyevin "facebook" səhifəsindən götürülüb.

Qalanın yerləşdiyi dağın uzaqdan görüntüsü
                                     
Qalaya gedən yeganə yol-cığır
                                                   
Qalanın salamat qalmış bürcləri
                                                 
Qalanın salamat qalmış bürcünün yandan görüntüsü
                                           
Qalanın salamat qalmış bürcü
                                           
Qalanın salamat qalmış bürcü
                                             
Qaladan görünən mənzərə
                                     
Qaladan görünən mənzərə

                                       
Qaladan görünən mənzərə

                                       
Qalada Azərbaycan bayrağı






loading...

Hiç yorum yok:

Yorum Gönder