28 Ekim 2016 Cuma

Qədim TALIŞ dövləti - ATURPATAKAN

Atropatena, Aturpatakan, Atropat Midiyası , (yun. Ατροπατήνη) –  Aturpatakanın (Atropatena) ərazisi indiki İranın Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İran Kürdüstanının bir hissəsini əhatə edirdi. Keçmiş Əhəməni satrapı , əslən Kadusi (Talış) olan Atur (Atropat) e.ə. IV əsrin 20-ci illərinin sonunda yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada (Mədo), sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena (Aturpatakan) adlandırılır.



Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Antik yunan və latın dilli mənbələr adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar. Pəhləvi dilli mənbələrdə isə ad "Ātur-patakān" şəklində qeyd edilir. Bu adın mənası "Aturun qurduğu yurd (dövlət)" deməkdir və bu ad Atropatın (Atur) hökmranlığı dövründə yaranmışdır . Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx , Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir.  

Hökumdar Atur


Paytaxtı

Mənbələr Atropatenanın iki — yay və qış paytaxtlarının olmasından xəbər verir. Dövlətin yay paytaxtı Vera — indiki Marağa şəhəri, qış paytaxtı isə farsdilli mənbələrin Qazaka , ermənidilli mənbələrin Qandzak, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır.  1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka
şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır.

Əhalisi

Ellinizm dövründə, Atropatenada yunan dili geniş yayılmışdır. Kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos – madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Atropatena əhalisinin atropaten (indiki Talış) dili və yazı ənənələri olan bir ölkə idi. Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini kadusilər (Talış), farslar və kürdlər təşkil edirdi. Atropatena (Aturpatakan)dövləti Kadusilər (Talış)tərəfindən yaradılmış bir dövlət olmaqla,
nəhəng Midiya imperiyasının həm siyasi, həm də etnik varisidir.

Aturpatakanda zərdüştlük dini ayini


Mənbələrdə adları keçən Atropatena ərazisində yaşayan tayfalardan  biri də Qafqaz albanlarıdır. Strabon albanların Atropatenada, Midiya dağlarında yaşamasını qeyd edir. Müəllif yazır ki, albanlar kellər, kadusilər (Talış) , utilər və mardların qonşuluğunda yaşayırlar . Midiya dağları Xəzərin cənub - qərbindəki indiki Talış dağlarıdır. Astaraçayla Qarasu çayı arasında yerləşən bu dağlar Bağrov dağları da adlanır. Deməli, albanların bir hissəsi kaduslarla (Talış) bir ərazidə yaşayırdı. Bu ərazi Atropatenaya məxsus idi. Bunu Midiya (Talış) dağları ifadəsi də göstərir. Bu məlumatı toponimik faktlar da təsdiq edir.

Talış sərkərdə Atur İsgəndərlə görüşür



Atropatenada yaşayan İrandilli etnoslardan  ən böyüyü kaduslar (Talış) idi. Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir . Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər. Strabon kadusların dəniz kənarında  yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij (təxminən 190 km) uzunluqda olduğunu göstərir.

Atropatenada (Aturpatakan)  həmçinin yəhudilər  və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür.

Orxan Habibion




loading...

Hiç yorum yok:

Yorum Gönder