31 Ocak 2017 Salı

Mənsimovu və ya Talışları qəbul edə bilməmək xəstəliyi...

Hər gün fikirləşirdim ki, nə əcəb bunlardan...




Azərbaycanlı iş adamı Mübariz Mənsimovun haqqında öyrəşdiyimiz ard arda müsbət xəbərlər, xeyirxah addımlarla zəngin məlumatlar Azərbaycan mediasında geniş yayılmağa başlamışdı. Ən son Mənsimov nə az nə çox, düz 5 milyon civarında sualtı qayığı Azərbaycanın FHN bağışladı. Bağışladı ki, az qala hər ay itən neftçiləri daha yaxşı tapmağa kömək olsun.  Təqribən bir neçə ay öncə Mənsimovun haqqında qalaq qalaq, növbə ilə tənqidi, həqiqətə uyğun olmayan yazılar yazdıran(lar) bu dəfə susurdu.

Xalq sosial şəbəkədə Mübariz Mənsimovun haqqında o qədər xoş, fəxr edici şərhlər yazırdı ki, adamın ürəyi dağa dönürdü. Niyə? Çünki, iş adamları arasında belə xeyirxah, vətənini sevən həmvətənimiz azdır, dərinə getsək ümumiyyətlə yoxdur. Yoxdursa demək olmamalıdır. Məhz Mübariz Mənsimov suyun əksinə gedir. Yani öz əməlləri ilə istisnanı yaradır. Xalq deyir ki, niyə Mübariz edir siz oliqarxlar, Azərbaycanda yaşayan, iş quran, sayı hesabı olmayan müəssisələri olan iş adamları etmirsiz. O, xaricdə qazanıb vətəninə yatırım edir siz isə mətbuatdan oxuduğumuz qədər kapitalınızı ölkədən kənara qoyursuz. Ona görə də belələri Mənsimovu sevmir. İstisnanı yaratdığı üçün. Dünən isə ABŞ ın yeni prezidentinin inaqurasiya mərasimində Mənsimovun iştirakı haqqında məlumat və şəkillər medianı bəzədi və bu son iki ayın akkordu idi. Bu gün şəkillərdən ikisinin fotomontaj olunması isə.... Hə, bax o, pusquda duranlar, illərdir Mənsimovu qəbul edə bilməmək xəstələyinə tutulanlar dərhal hərəkətə keçdi. Haqqın.az saytı tələsik məsələyə münasibət bildirdi. Hə, o, iki il ərzində Palmali şirkəti haqqında həqiqətə uyğun olmayan xəbərləri gün üzünə çıxaran sayt. Siz mənə sübut edə bilərsizmi obyektivsiz? Əsla! Dediniz “Mənsimov iflas olur” 6 ay sonra xarici mətbuat yazdı ki, “ Mənsimov 35 gəmi aldı”, dediniz ki, “ Palmali” İŞİD -ə neft daşıyır” amma heç bir təsdiqini tapmadı və s.

İndi iki şəkil fotomontaj olub. Dünya dağılıb. Adama deyərlər ki, hə adama deyərlər ki, fakt bizim azərbaycanlı iş adamı inaqurasiyada olubmu? Olub! Şəkillərin digər qalanları həqiqətmidir? Həqiqətdir! Onda sizə, sizin arxanızda olanlara erməni Kardaşyan kimi seks simvolunu, fahişəsini reklam edib milli qəhrəmana çevirir biz isə fəxr ediləsi oğlumuzu, minlərlə pulsuz tələbə oxutduran, xeyirxah əməlləri bitib tükənməyən insanı, ölkəsinə yatırım edən iş adamımızı hər imkan düşəndə niyə “ vurursuz” sualını verək. Niyə bizdə  Trampın dəvətliləri arasında azərbaycanlı iş adamının olmasına sevinməyək? Sual bəsitdir. Cavab vermək necə?

Murad Əhmədov

AzToday.az

1 yorum:

  1. talışların bu sözlərə nə dəxlisi?
    xahiş edirəm ayrıseçkilik etməyin,Vətənimizdə çiyin-çiyinə yaşayan xalqları bir-birinə vurmayın

    YanıtlaSil