Talış dilçi alim, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun
Bilaband kəndində anadan olub.
Əvəz Sadıxov Talış xalqına verdiyi ciddi töhvələrlə tanınır. Müasir
dövrdə Talış dilinin Qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov,
eyni zamanda “Tolışi Sədo” qəzetinin ilk redaktoru olub.
Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda
çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini
bilib.
Universitetə imtahan verərkən onun bildiyi Talış dili haqqında
qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib
etdiyi Talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən
isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində
qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə
salınaraq çap edilib. Bir qədər sonra bu kitab Lənkəran Dövlət Universitetində
dərslik kimi istifadə edilsə də, daha sonra yenidən siyasi müdaxilələr nəticəsində keçirilməsi qadağan
olunub.
Talış dilinin və mədəniyyətinin yaşamasında Əvəz Sadıxovun əvəzsiz xidmətləri
olsa da, onun fəaliyyəti bu gün bir çox Talışlar tərəfindən unudulub.
Əvəz Sadıxov 1999-cu ildə dünyasını dəyişib.
loading...
Hiç yorum yok:
Yorum Gönder