Heç olmasa Aturpatakan (Atropatena) sözünün türk dilində mənasını deyin dedikdə özlərini eşitməməzliyə vururlar. Həmçinin Zərdüşt və Pəpok sözlərinin də türkcə nə məna verdiyini deyə bilmirlər, çünki türkcə onların mənası yoxdu.
1941 - Ankara. Faşist və türkçü birliklər dostluq memarandumu imzalayır |
Bugünkü yazımda həmin sözlərin Talış dilində nə məna verdiyini yazacam. Qeyd edim ki, bu mənim subyektiv düşüncəmdi, ola bilər bu sözlər talış dilində başqa məna versinlər.
Başlayaq Zərdüşt (Əslində Zərdust) sözündən. "Zər" yaradanın adlarından biri olub və Zərdustun mənası da "yaradanın (Zər) dostu" deməkdir.
Talış filosof Zərdüşt |
Keçək Aturpatakanın mənasına. Aturpatakan yəni "Aturun yaratdığı (qurduğu) yurd (dövlət)" mənasını verir. Atropatena isə yunanlar tərəfindən bu dövlətə deyilən ad olub.
Talış sərkərdəsi Atropat |
İndi isə keçək Pəpokun nə məna verdiyinə. Pəpok sözü Talış dilində "pak ata", "müqəddəs ata" mənasını verir. Təsadüfi deyil ki, bu ad Həsənə, yəni Babəkə məbəddə verilib. Daha bir versiya kimi Popok da deyilir. Onun mənası isə talış dilində "qədəmi (ayağı) düşərli" deməkdir. Ancaq Pəpok Popokla müqayisədə daha inandırıcıdır.
Talış sərkərdəsi Papok |
Gördüyünüz kimi Talış dilində bu sözlərin, adların mənası var. Türk dilində isə heç bir mənası yoxdur. Onsuzda Zərdust, Atur və Pəpokun dövründə Türk tayfaları İran coğrafiyasına hələ ayaq basmamışdılar. Ən azından dünya tarixçiləri belə deyir. Sadəcə olaraq türkçülər həmişə olduğu kimi faktsız, sübutsuz danışırlar və onlara faktlarla cavab vermək mütləqdir, o vaxta kimi ki, hər bir xalqın tarixinə və mədəniyyətinə hörmət edib, onları özünküləşdirməkdən əl çəkəcəklər"
Orxan Habibion
loading...
Hiç yorum yok:
Yorum Gönder